Mingəçevir Dövlət Universitetində magistratura pilləsində təhsil almaq istəyənlərin nəzərinə
8 iyun 2020-ci il tarixindən etibarən ali təhsil müəssisələrinə magistratura pilləsində təhsil almaq üçün ixtisas seçimləri başlanılır. İxtisas seçimində hər birinizə uğurlar!
Mingəçevir Dövlət Universitetində magistratura pilləsində təhsil üçün aşağıdakı ixtisasları təqdim edirik:
▶️ 060101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
-Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası;
▶️ 060103 Xarici dil müəllimliyi (dillər üzrə)
- Xarici dilin tədrisi metodikası və metodologiyası (ingilis dili);
▶️ 060105 Riyaziyyat müəllimliyi
- Riyaziyyatın tədrisi metodikası və metodologiyası;
▶️ 060113 İnformatika müəllimliyi
- İnformatika fənninin tədrisi metodikası və metodologiyası;
▶️ 060115 İbtidai sinif müəllimliyi
- İbtidai sinifdə tədrisin metodika və metodologiyası;
▶️ 060404 İqtisadiyyat
- İqtisadiyyatın tənzimlənməsi;
▶️ 060405 Sənayenin təşkili və idarə edilməsi
- İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (sahələr üzrə);
▶️ 060409 Biznesin idarə edilməsi
- Biznesin təşkili və idarə edilməsi;
▶️ 060410 Dövlət və bələdiyyə idraetməsi
- Regional idarəetmə;
▶️ 060608 Elektroenergetika mühəndisliyi
- Elektroenergetika;
▶️ 060609 - İstilik energetikası mühəndisliyi
- İstilik elektrik stansiyaları;
▶️ 060622 - Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
- Yol hərəkətinin təşkili və təhlükəsizliyi;
▶️ 060632- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
- İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri;
▶️ 060649 - Ekologiya mühəndisliyi
- Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması.