Kadrlar şöbəsi

Mingəçevir Dövlət Universitetinin Kadrlar şöbəsi onun struktur bölmələrindən biri olmaqla öz fəaliyyətini “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Qanunu və digər hüquqi - normativ sənədlər, MDU-nin Nizamnaməsi əsasında həyata keçirir.

Mingəçevir Dövlət Universitetinin Kadrlar şöbəsi 3 fakültə, 10 kafedra, digər xidmət sahələri olmaqla 200 nəfər əməkdaşa xidmət edir.

Kollektiv kadrların düzgün seçilib yerləşdirilməsinə nail olmaq məqsədilə aşağıdakı işləri həyata keçirir:

- Tələbə və müəllim, eləcə də elmi-pedoqoji kadr və köməkçi heyət nisbətini nəzərə almaqla, şəxsi heyətin uçotunu, onlara dair bütün növ sənədləşməni təşkil edir;

- Əməkdaşlarla əmək müqavilələrinin bağlanması (işə qəbul), əmək müqavilələrinə xitam (işdən azad olma), başqa işə keçirilmə, məzuniyyətlər, mükafat, yardım, təşəkkür, elmi ad və elmi dərəcənin təsdiqi, müsabiqə və s. haqqında əmrlərin hazırlanıb rəhbərliyə təqdim edilməsini təmin edir;

- Tabel uçotu və nizam-intizam qaydalarına nəzarətini həyata keçirir.

Şöbə müasir dövrün tələblərinə uyğun olaraq, kompyuterləşdirilmiş sistem əsasında xidmət göstərir.