Mexanİka kafedrası

 

1. Kafedranın yaranması və fəaliyyət dövrü

“Mexanika” kafedrası ali məktəbin rektorunun əmri ilə “Nəqliyyat mühəndisliyi və xüsusi fənlər”, “Maşın mühəndisliyi və ümumtexniki fənlər” və “Nəqliyyat və maşın mühəndisliyi” kafedralarının bazasında yaradılmışdır.

Kafedra bu təhsil ocağının fəaliyyət göstərdiyi M.Əzizbəyov adına Azərbaycan Sənaye Universiteti Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adları ilə zaman-zaman dəyişərək bu gündə gənc mütəxəssisləri yetişdirməkdədir. Kafedra “Mühəndis qrafikası və layihələndirmə”, “Ümumtexniki fənlər”, “Maşınqayırma və ümumitexniki fənlər”, “Nəqliyyat”, “Nəqliyyat və idman”, “Nəqliyyat mühəndisliyi və xüsusi fənlər” kafedraları adı ilə fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılmışdır. Buna uyğun olaraq, yenidən formalaşan “Nəqliyyat və maşın mühəndisliyi” kafedrası, universitetin rektorunun müvafiq əmri ilə fəaliyyətini bərpa etmişdir.

“Maşın mühəndisliyi və ümumtexniki fənlər” kafedrasına tex.f.d., dosent Hüseyn Məmmədov, tex.f.d., dosent Rauf Məmmədov, tex.f.d., dosent Mustafa Məmmədov və “Nəqliyyat mühəndisliyi və xüsusi fənlər” kafedrasına tex.f.d., dosent Bəxtiyar Namazov və tex.f.d., dosent Mustafa Məmmədov, kafedralar birləşdikdən sonra tex.f.d., dosent Mustafa Məmmədov və tex.f.d., dosent Vüqar Mustafayev, baş müəllim Mirzə Həsən oğlu Gümayev rəhbərlik etmişdir. Hazırda kafedraya tex.f.d., dosent İsmayılov Mahir Balaca oğlu rəhbərlik edir.

Kafedrada 2016-2020-ci illər üçün bir istiqamət üzrə “Konstruksiyaların texniki səviyyəsinin tədqiqi və yüksəldilməsi problemləri” elmi-tədqiqat işi probleminin araşdırılması planlaşdırılmışdır.

2. Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat)

İsmayılov Mahir Balaca oğlu 12 may 1975-ci il tarixdə Gədəbəy rayonu Sarıhasanlı kəndində anadan olub. 1992-ci ildə Sarıhasanlı kənd orta məktəbini bitirib. Azərbaycan Sənaye Universitetinin hazırlıq şöbəsinə daxil olub, 1993-cü ildə universitetin (indiki ADNSU) “Energetika və enerjimaşınqayırma” ixtisası üzrə bakalavr təhsil pilləsinə qəbul olub. 1997-ci ildə ADNA-nı həmin ixtisas üzrə bakalvr təhsil pilləsini bitirib. 1997-ci-ildə “Elektrik stansiyaları” ixtisası üzrə magistraturaya qəbul olub və 1999-cu ildə bu pilləni bitirib.

1997-1999-cu illərdə magistraturada oxuduğu müddətdə Bakı şəhərində Ə.Bayramzadə adına 1№-li İEM-də maşinist (operator) vəzifəsində işləyib. 1999-cu ildə Magistraturanı bitirdikdən sonra təyinatla Mingəçevir Politexnik İnstitutuna (MPİ) göndərilib və MPİ-də “İstilik texnikası və energetikası” (indiki “Energetika”) kafedrasına müəllim təyin olunub. 1999-2000-ci tədris ilində müəlim işləyib.

2000-2002-ci illər ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

2002-ci ildə yenidən MPİ-də “İstilik texnikası və energetikası” kafedrasına müəllim vəzifəsinə bərpa olumub. 2007-ci ildə müsabiqə yolu ilə “İstilik texnikası və energetikası” kafedrasına baş müəllim vəzifəsinə keçib. 2005-2010-cu illərdə ADNA-nın “İstilik energetikası” kafedrasının doktorantı olub. 09.12.2011-ci ildə 05.14.14. “İstilik elektrik stansiyaları, onların energetik sistemləri və aqreqatları” ixtisası üzrə dissertasiya müdafiə edib. Azərbaycan Respublikası AAK-nın 18.02.2013-cü il tarixli qərarı ilə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

M.İsmayılov Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaranması ilə əlaqədar yenidən formalaşan “Energetika” kafedrasına dosent vəzifəsinə keçib.

2017-ci ildən Mingəçevir Dövlət Universitetinin “Mexanika” kafedrasının müdiri vəzifəsinə təyin olunub. Universitetdə işlədiyi 18 il müddətində elmi fəaliyyətlə məşğul olub. 40 elmi əsəri; o cümlədən 2 Dərs vəsaiti, 2 Metodik vəsait, 36 elmi məqalənin müəllifidir.

Ailəlidir. İki övladı var.

 

3. İxtisaslar haqqında 

Kafedranın nəzdində bakalavr səviyyəsində üç ixtisas üzrə mütəxəssis hazırlanır:

1. 050612 Maşın mühəndisliyi

2. 050622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

3. 050643 Çoxişlənən malların texnologiyası mühəndisliyi

Magistratura səviyyəsində isə 060622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə mütəxəssis hazrlanır.

Bakalavriat səviyyəsinin 050612 Maşın mühəndisliyi, 050622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi və 050643 Çoxişlənən malların texnologiyası mühəndisliyi ixtisasları üzrə Təhsil Proqramı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramına”, “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”nın tələblərinə və “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na uyğun hazırlanmışdır. Kafedranın ixtisaslarının bütün fənləri üzrə dərsliklər, dərs vəsaitləri, laboratoriya işləri və layihələrinin yerinə yetirilməsi üçün metodik göstərişlər vardır. Kafedra ixtisaslaşdırılmış auditoriyalara malikdir. “Maşın mühəndisliyi” ixtisas fənləri və ümumtexniki fənlər üzrə 21 ədəd fənn proqramına Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi verilmişdir.

050612 Maşın mühəndisliyi, 050622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi və 050643 Çoxişlənən malların texnologiyası mühəndisliyi ixtisasları üzrə xarakreristika aşağıdakıları özündə birləşdirir:

- bakalavrın fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisası üzrə magistraturada təhsil almağa hazır olmalıdır;

- mülkiyyət formasından və tabeleyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. sferalarda işləyə bilməlidir;

- mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində çalışa bilməlidir.

Kafedrada bakalavr pilləsi ilə yanaşı 2016/2017-ci tədris ilindən magistr təhsil pilləsində 060622 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisası üzrə Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş qeyd olunan ixtisas da fəaliyyət göstərir.

4. Tədris olunan fənlər

s/s

Bakalavriat səviyyəsi üzrə:

1

Qazodinamika

2

Hidravlika

3

Maşın və mexanizmlər nəzəriyyəsi

4

Tərsimi həndəsə və mühəndis qrafikası - 1, 2

5

Tərsimi həndəsə və mühəndis qrafikası

6

Mühəndis qrafikası

7

Maşın hissələri və konstruksiyaetmənin əsasları

8

Maşın detalları və konstruksiyaetmənin əsasları

9

Avtomobillərin nəzəriyyəsi və hesabının əsasları

10

Həyat fəaliyyətinin təhlükəsizliyi

11

Turizmdə nəqliyyat xidməti

12

Avtomobil daşımaları və vahid nəqliyyat sistemi

13

Avtomatlaşdırmanın əsasları

14

Avtomobil yolları

15

Daxili yanma mühərrikləri və vurucular

16

Avtomobil nəqliyyatının istismarı

17

Materiallar müqaviməti

18

Tətbiqi mexanika

19

Nəzəri mexanika

20

Texniki mexanika

21

Avtomobillərin istismar materialları

22

Nəqliyyat vasitələrinin texnuku istismarının əsasları

23

Nəqliyyat mühərrikləri

24

Avtomobil nəqliyyat vasitələrinin konstruksiyasının əsasları

25

Hidravlika və hidravlik maşınlar

26

Avtomatlaşdırılmış layihələndirmə sistemlərinin əsasları (ALS)

27

Maşınqayırmada istehsal sahələrinin layihələndirilməsi

28

Materialşünaslıq

29

Maşın hissələrinin bərpa texnologiyası

30

Konstruksiya materiallarının texnologiyası

31

Metrologiya, standartlaşdırma və sertifikasiya

32

Mülki müdafiə

33

Mülki müdafiə və tibbi biliklərin əsasları

34

Mülki müdafiə və tibbi biliklərin əsasları - 1, 2

35

Tibbi biliklərin əsasları

36

Nəqliyyat sistemində idarəetmənin əsasları

37

Nəqliyyatda xüsusiləşdirilmiş hərəkət tərkibləri

38

Yol hərəkəti qaydaları və hərəkətin təhlökəzisliyi

Magistratura səviyyəsi üzrə:

1

Yol hərəkətinin təşkilinin əsas istiqamətləri

2

Şəhərin nəqliyyat planlaşdırılması

3

Yol şəraitləri və yol hərəkətlərinin təhlükəsizliyi

4

Yol nəqliyyat hadisələrinin tədqiqi və avtotexniki ekspertiza

5

Təkərli maşınların hərəkət nəzəriyyəsi

6

Avtomobil konstruksiyalarıının təhlükəsizliyi

7

Avtomobil nəqliyyatının tarixi və metodologiyası

8

Avtomobil nəqliyyatının müasir problemləri

9

Nəqliyyat axınları nəzəriyyəsi

10

Yol hərəkətinin nizamlanması üsulları və alqoritimləri

11

Nəqliyyatda informasiya texnologiyaları

 

5. Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)

1. Məmmədov R.K., Məmmədov H.S., Gümayev M.H. Fasiləsiz nəqliyyat maşınları. Dərslik. Bakı, 1997, s.584.

2. Abdullayev A.H., Gümayev M.H., Məmmədov H.S. Tətbiqi mexanika. Dərslik. Bakı, 2013, s.691.

3. Məmmədov R.K., Gümayev M.H. Mexaniki ötürmələr. Bakı, 1996, s.96.

4. Məmmədova O.İ. Mühəndis qrafikası. Bakı, 2000, s.170.

5. İbrahimov N.Y., Mustafayev R.P. Maşın hissələrinin texnologiyası və avadanlıqları” I hissə, Bakı, 2002, s.197.

6. Abdullayev A.H., Məmmədov R.K., Gümayev M.H. Maşın detalları və konstruksiyaetmənin əsasları. 2002, 2003, s.461.

7. Heydərov Ş.Ə. Turizmdə nəqliyyat xidmətlərinin təşkili. Bakı, 2011, s.148.

8. Əliyev Q.Ə., Məsiyev H.Ə. Əməyin mühafizəsi və həyat fəaliyyətinin təhlükəsizliyi. Bakı, 2004, s.94.

9. Ahəngari Ə.S. Avtomobillərin nəzəriyyəsi. Mingəçevir, 2008. s.295.

10. Mustafayev V.S. Maşınların etibarlılığının əsasları. Mingəçevir, 2014. s.154.

11. İsmayılovun M.B. “İstilik elektrik stansiyalarının buxar və qaz turbinləri” Dərs vəsaiti. Mingəçevir, 2014. səh. 100.

12. İsmayılovun M.B. “Qazodinamika” Dərs vəsaiti. Mingəçevir, 2018. səh. 114.

13. Gümayev M.H., Məmmədov H.S. T29.01 Maşın istehsalının texnologiyası ixtisası üzrə təcrübələrin proqramı və onların seçilməsinə dair metodik göstərişlər, 1997.

14. Məmmədova O.İ. T100000 Yerüstü nəqliyyat maşınları və nəqliyyatın istismarı,  T040000 İstilik energetikası, maşın və qurğuları istiqamətlərində. Tərsimi həndəsə, mühəndis və maşın qrafikası fənninin Maşın qrafikası hissəsi üzrə laboratoriya işləri və onların yerinə yetirilməsi üzrə metodik göstəriş. 2008.

15. Mustafayev V.S. Maşınların etibarlılığı. Metodik vəsait. 2008.

16. Məmmədov H.S. Maşınların etibarlılığı. Metodik vəsait. 2010.

17. Mustafayev V.S. Maşınqayırma məmulatlarının keyfiyyəti. Metodik vəsait. 2011.

18. Gümayev M.H., Məmmədov O.M. 050612 Maşın mühəndisliyi ixtisası üzrə bakalvr təhsil pilləsində təhsil alan tələbələrin təcrübə keçmələri üçün Proqram və metodik göstəriş 2011.   

 

6. Kafedra əməkdaşları haqqında məlumat

1

İsmayılov Mahir Balaca

tex.f.d, dosent, Kafedra müdiri

2

Mustafayev Vüqar Sabir

tex.f.d, dosent, Mühəndislik fakültəsinin dekanı

3

Məmmədov Mustafa Əliş

tex.f.d, dosent

4

Məmmədova Ofelya İdris

mem.f.d, dosent

5

Heydərov Şahsuvar Əsgər

tex.f.d, dosent

6

Qəhrəmanov Səbuhi Əbdül

t.f.d., dosent, Mühəndislik fakültəsinin dekan müavini

7

Gümayev Mirzə Həsən

baş müəllim

8

Əliyev Qəzənfər Əlixan

baş müəllim

9

Mustafayev Rövşən Paşa

baş müəllim

10

Məmmədov Oqtay Məhərrəm

baş müəllim

11

Abbasov Ariz Mirəzim

baş müəllim

12

Allahverdiyeva Afina Yolçu

müəllim

13

Məmmədov İlham Qonsur

müəllim

14

Məmmədova Məlahət Əliqulu

müəllim

15

Əliyeva Şəfa Hüseyn

böyük laborant

16

Mahmudova Sima Vəli

böyük laborant