RİYAZİYYAT KAFEDRASI
1. Kafedranın yaranması və fəaliyyət dövrü
Kafedra “Ali riyaziyyat” kafedrası kimi Mingəçevir Politexnik İnstitutunda 1991-95-ci tədris ilinə qədər qeyri-ixtisas kafedrası kimi fəaliyyət göstərmiş 1995-96-cı tədris ilindən isə ixtisas kafedrası kimi fəaliyyətini davam etdirmişdir. Belə ki, həmin tədris ilindən kafedraya İİ 02.15 “İqtisadi informasiya və avtomatik idarəetmə sistemləri” ixtisası verilmiş və ona görə də institutda “İqtisadiyyat və idarəetmə” və “Elektroenergetika və mexanika” fakültələrini əhatə edən 8 ixtisas üzrə keçirilən və aşağıda adları qeyd olunan, “İqtisadi informasiya və AİS” ixtisası üzrə bütün ixtisas fənləri daxil olmaqla 31 fənn tədris olunmuşdur.
Fəaliyyəti dövründə kafedrada 2 dosent, 2 f.r.e.n., baş müəllim, 3 baş müəllim, 5 assistent, 2 müəllim və 1 laboratoriya müdiri olmaqla 15 əməkdaş olmuşdur.
Kafedra yarandığı gündən kafedra müdiri f.r.e.n., dosent S.M.Sərdarlı olmuşdur. 1996-2002-ci tədris illərində kafedraya f.r.e.n. Q.T.Kələşov rəhbərlik etmişdir. 2002-2003-cü tədris ilindən isə kafedraya f.r.e.n. dosent S.M.Mustafayev rəhbərlik edir.
2001-2002-ci tədris ilindən kafedra “Riyaziyyat və informatika” adı altında fəaliyyət göstərmiş və kafedra üzrə 13 nəfər müəllim: onlardan 2 nəfər dosent, 2 nəfər f.r.e.n., baş müəllim, 4 nəfər baş müəllim, 4 nəfər müəllim, 1 nəfər baş laborant vəzifəsində çalışmış və “Riyaziyyat”, “Tətbiqi riyaziyyat”, “Elementar riyaziyyat ”, “İnformatika” fənləri tədris olunmuşdur.
2002-2003-cü tədris ilindən kafedrada 10 nəfər müəllim, 1 nəfər baş laborant fəaliyyətə başlamışdır. Onlardan 2 nəfər dosent, 2 nəfər f.r.e.n. baş müəllim, 3 nəfər baş müəllim, 3 nəfər müəllim, 1 nəfər baş laborant vəzifəsində çalışmışdır.
2004-2005-ci tədris ilindən etibarən “Riyaziyyat və informatika” kafedrası ixtisas kafedrası kimi fəaliyyət göstərirmişdir. Kafedraya TE100200 “İnformatika” ixtisası verilmiş, ona görə də kafedra yenidən ixtisas kafedrası kimi fəaliyyət göstərməyə başlamışdır.
2010-2011-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali ixtisas təhsilinin Dövlət standartına uyğun olaraq ixtisasın (proqramın) sifri və adı: 050509 Kompüter elmləri” olduğuna görə kafedranın adı “Riyaziyyat və kompüter elmləri” adlandırılmışdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1059 saylı 11.09.2008-ci il tarixli əmri ilə müvəqqəti əsasnaməyə uyğun olaraq 2011-2012-ci tədris ilindən kafedrada tədris kredit sistemilə aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetinin yaradılması ilə əlaqədar olaraq, yenidən formalaşan “Riyaziyyat və kompyuter elmləri”, sonradan isə “Riyaziyyat” kafedrası kimi, universitetin rektorunun müvafiq əmri ilə “Pedaqoji” fakültənin tərkibində fəaliyyətini davam etdirir.
Kafedranın fəaliyyəti dövründə elmi-tədqiqat işlərini müdafiə edərək 2 nəfər fizika-riyaziyyat elmləri namizədi (Q.T.Kələşov, S.M.Mustafayev), 2 nəfər texnika üzrə fəlsəfə doktoru (A.Ə.Əliyeva, A.M.İsmayılova), 1 nəfər riyaziyyat üzrə fəlsəfə doktoru (M.F.İsmayılova) alimlik dərəcəsi adını almışdır.
Universitetin rektorunun müvafiq əmri ilə 2016-cı ilən etibarən “İnformasiya texnologiyaları” kafedrası ilə birləşərək “Riyaziyyat” kafedrası özündə aşağıdakı ixtisaslarla əhatə olunmuşdur:
- Kompüter elmləri
- Riyaziyyat və informatika müəllimliyi
- Riyaziyyat müəllimliyi
- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
- İnformasiya texnologiyaları
2018-ci ilin sentyabr ayından universitetin rektorunun müvafiq əmri ilə “Riyaziyyat” kafedrasının tərkibindən “İnformasiya texnologiyaları” ixtisası ayrılmış və yeni kafedra kimi fəaliyyətə başlamışdır.
Kafedra hazırda özündə aşağıdakı ixtisaslarla əhatə olunmuşdur:
Bakalavr səviyyəsi üzrə:
050106 Riyaziyyat müəllimliyi
050105 Riyaziyyat və informatika müəllimliyi
Magistr səviyyəsi üzrə:
060105 Riyaziyyat müəllimliyi
060113 İnformatika müəllimliyi
Hazırda kafedrada 19 professor-müəllim və 2 laborant fəaliyyət göstərir. Onlardan 7 nəfər dosent, 6 nəfər baş müəllim, 4 nəfər müəllim və 2 nəfər laborantdır. Kafedrada hazırda bakalavr səviyyəsi üzrə 25, magistratura səviyyəsi üzrə 18 fənn tədris olunur.
Kafedrada 2016-2020-ci illər üçün “Praktik hesablama (məsələlərinin), iqtisadi (məsələlərin) eləcədə təqribi hesablama üsullarının riyazi modellərinin müəssisə, idarə, təşkilat və digər obyektlər üçün proqram təminatının işlənməsi” elmi-tədqiqat işinin problemlərinin araşdırılması planlaşdırılmışdır.
2. Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat)
Mustafayev Sahib Mustafa oğlu 1974-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnistitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini) Riyaziyyat fakültəsinin “Riyaziyyat müəllimi” ixtisasını bitirmişdir. İnstitutu bitirdikdən sonra 1974-1991-ci illərdə Yevlax rayonunun ümumtəhsil məktəblərində riyaziyyat müəllimi, sonra işgüzarlığına görə irəli çəkilərək məktəb direktoru vəzifəsində işləmişdir.
S.M.Mustafayev 1991-ci ildən etibarən Azərbaycan Neft-Kimya İnstitutunun Mingəçevir filialının İdeologiya və tərbiyə işləri üzrə direktor müavini, ümumi işlər üzrə prorektor vəzifəsinə təyin edilmişdir.
1992-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin dissertantı olmuş, 1998-ci ildə “Helmholts tənliyi üçün qeyri-lokal sərhəd şərtli bir məsələnin həlli” mövzusunda dissertasiyasını müdafə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
Elmi-pedaqoji stajı 44 ildir. 18 dərc olunmuş elmi-tədris işlərinin və 3 dərs vəsaitinin müəllifidir.
2005-ci ildən kafedranın dosentidir. S.M.Mustafayev 2002-ci ilin dekabrından hal-hazıra kimi kafedraya rəhbərlik edir.
3. İxtisas haqqında
Kafedranın ilk ixtisası 050509 “Kompyuter elmləri” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmişdir. Əyani formada təhsil proqramının mənimsənilməsinə normativ müddəti 4 ildir. Məzuna verilən ixtisas dərəcəsi “Kompyuter elmləri” bakalavrı bakalavriat ali təhsilin birinci pilləsidir. Bakalavr fundamental və peşə hazırlığına uyğun olaraq ixtisası üzrə iş sahələrində peşə fəaliyyətinə, eləcə də ixtisas üzrə magistraturada təhsil almağa hazırlanır. Bakalavrın peşə fəaliyyətinin əsas sahələri kimi, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s., eyni zamanda mövcud qaydalara riayət olunmaqla müxtəlif təhsil müəssisələrində (ali məktəbdə elmi-pedaqöji fəaliyyət sahələri istisna olmaqla) işləyə bilər.
Bakalavr Azərbaycan tarixində müxtəlif dövrlərdə baş verən hadisələri, onların başvermə səbələrini, ictimai və siyasi hadisələrin gedişini, tarixi şəxsləri və onların fəaliyyətini bilməli, keçmişə aid olan bütün hadisələrə öz münasibətini bildirməyi, tarixdə baş verən qlobal hadisələr və dəyişiklikləri təhlil etməyi bacarmalıdır. Bakalavr öz əməyini eyni əsaslarda təşkil etməyi, peşə fəaliyyəti dairəsində məlumatların toplanması, emalı və saxlanmasında kompyuter metodlarından istifadə etməyi bacarmalıdır.
Hazırda kafedranın tabeliyində bakalavr səviyyəsi üzrə 050105 “Riyaziyyat və informatika müəllimliyi” və 050106 “Riyaziyyat müəllimliyi” ixtisasları fəaliyyət göstərir.
Kafedrada bakalavr səviyyəsi ilə yanaşı 2016/2017-ci tədris ilindən magistr səviyyəsində 060105 “Riyaziyyat müəllimliyi” və 060113 “İnformatika müəllimliyi”, ixtisasları üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş qeyd olunan ixtisaslar fəaliyyət göstərir.
4. Tədris olunan fənlər
s/s |
Bakalavr səviyyəsi üzrə: |
1 |
Riyaziyyat - 1, 2, 3 |
2 |
Ali riyaziyyat - 1, 2 |
3 |
Riyazi analiz - 1, 2, 3, 4 |
4 |
Əməliyyatların tədqiqi |
5 |
Cəbr - 1, 2, 3 |
6 |
Həndəsə - 1, 2, 3 |
7 |
Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi |
8 |
İnformasiya texnologiyalarının riyazi elementləri |
9 |
Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları - 1, 2, 3 |
10 |
Riyaziyyatın tədrisi metodikası |
11 |
Əsas həndəsi anlayışlar |
12 |
Xətti cəbr və riyazi analiz |
13 |
Ehtimal nəzəriyyəsi və riyazi statistika |
14 |
Ehtimal nəzəriyyəsi və riyazi statistikanın əsasları |
15 |
Elementar riyaziyyat - 1, 2 |
16 |
Riyaziyyatdan çətinlik dərəcəsi yüksək olan məsələlərin həlli |
17 |
Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası |
18 |
Sadə riyazi təsəvvürlərin formalaşdırılması kursunun nəzəri əsasları |
19 |
Çoxluqlar nəzəriyyəsi və məntiq elementləri |
20 |
Riyaziyyatın təlimində inkişafetdirici çalışmalardan istifadə yolları |
21 |
Müstəvi üzərində həndəsi çevirmələr və onların tətbiqləri |
22 |
Hesablama riyaziyyatı |
23 |
Riyazi məntiq |
24 |
Adi diferensial tənliklər |
25 |
Riyazi fizika tənlikləri |
|
Magistratura səviyyəsi üzrə: |
1 |
Məktəb riyaziyyat kursunda triqonometrik tənliklər və bərabərsizliklərin həlli metodikası |
2 |
Məktəb riyaziyyat kursunun elmi əsasları |
3 |
Məktəb riyaziyyat kursunda tənlik və bərabərsizliklərin öyrənilməsi |
4 |
Riyaziyyatın tədrisi metodikasının tarixi və metodologiyası |
5 |
İnformatikanın tədrisi metodikasının elmi əsasları |
6 |
İnformatika dərsliklərinin və proqramlarının formalaşdırılması metodikası |
7 |
Məktəb riyaziyyat kursunda riyazi strukturun elementlərinin tədrisi metodikası |
8 |
Kompyuter riyaziyyatının tədrisi metodikası |
9 |
Riyaziyyat təliminin pedaqoji və psixoloji əsasları |
10 |
Məktəb riyaziyyat kursunda ali riyaziyyat elementlərinin tədrisi metodikası |
11 |
Məktəb riyaziyyatı məsələlərinin həlli metodikası |
12 |
Riyaziyyatın tədrisi metodikasının müasir problemləri |
13 |
Riyaziyyatın tədrisində yaradıcı təfəkkürün formalaşdırılması |
14 |
Həcmlərin öyrənilməsi metodikası |
15 |
Müqayisə nəzəriyyəsinin elementləri və onların tətbiqləri |
16 |
Riyaziyyatın ibtidai kursunun nəzəri əsaslarının aktual problemləri |
17 |
Məsələ həllinin metodiki problemləri |
18 |
Riyaziyyatın ibtidai kursunun tədrisi metodikasının aktual problemləri |
5. Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)
- “Ali riyaziyyatdan çalışmalar” Dərs vəsaiti (Kələşov Q.T., Mustafayev S.M., Sərdarlı S.M., Rəsulov M.B., Hümbətov M.M., Məmmədov M.N.,Əhmədov V.U., Fərəcova L.Ə.)
- “Diferensial tənliklər” dərs vəsaiti (Kələşov Q.T., Mustafayev S.M., Rəsulov M.B., Məmmədov M.N., İsmayılova M.F.)
- “Birdəyişənli funksiyaların inteqral hesabı” dərs vəsaiti (Kələşov Q.T., Məmmədov M.N.)
- “Riyazi fizika tənlikləri” dərs vəsaiti (Mütəllimov Ş.M., Mustafayev S.M., Məmmədov M.N.)
- “Xətti proqramlaşdırma” tədris metodik vəsait (Kələşov Q.T., Rəsulov M.B., Məmmədov M.N.)
- “Sıralar” dərs vəsaiti (Kələşov Q.T., Kələşova N.H.)
- Abdullayevin V.Ş., Mustafayeva N.Ə. “Riyazi analiz kursundan məsələ və misallar”. Dərs vəsaiti. Mingəçevir, 2018. səh. 512.
6. Kafedra əməkdaşları haqqında məlumat
1 |
Mustafayev Sahib Mustafa |
dosent, f.r.f.d., Kafedra müdiri |
2 |
Kələşov Qəhrəman Tapdıq |
dosent, f.r.f.d. |
3 |
Rəsulov Mehman Bulud |
dosent, f.r.f.d. |
4 |
Hümbətov Müsəllim Mövsüm |
dosent, p.e.n. |
5 |
İsmayılova Məlahət Fərrux |
dosent, r.f.d. |
6 |
Bağırov Rizvan Yusif |
dosent, f.r.f.d. |
7 |
Abbasov Nizami Yusif |
dosent, f.r.f.d. |
8 |
Məmmədov Məhəmməd Nazim |
baş müəllim |
9 |
Əhmədov Vilayət Uğurlu |
baş müəllim |
10 |
Abdullayev Vaqif Şəmsəddin |
baş müəllim |
11 |
Babuşov Sabir Nəriman |
baş müəllim |
12 |
Kələşova Natəvan Həmdiyyə |
baş müəllim |
13 |
İsmayılova Sevda Camal |
baş müəllim |
14 |
Allahverdiyeva Səriyyə İnqilab |
müəllim |
15 |
Babayev Rövşən Fərrux |
müəllim |
16 |
Məmmədova İradə Əli |
müəllim |
17 |
Məmmədova Məhbarə Səməd |
müəllim |
18 |
Aşurova Ülviyyə Akif |
laborant |
19 |
Osmanova Gülnigar Saleh |
laborant |