SƏNAYENİN TƏŞKİLİ VƏ İDARƏETMƏ KAFEDRASI

1. Kafedranın yaranması və fəaliyyət dövrü

“Sənayenin təşkili və idarəetmə” kafedrası 1994-cü ildə yaradılmış və müxtəlif adlar altında fəaliyyət göstərmişdir. Belə ki, yarandığı vaxtda kafedra “İdarəetmə nəzəriyyəsinın əsasları”, 1996-cı ildə “İstehsalın iqtisadiyyatı və idarə edilməsi”, 2006-cı ildə “Mühəndis iqtisadiyyatı və idarəetmə”, 2014-cü ildə “Sənayenin təşkili və idarə olunması”, 2016-cı ildən isə “Sənayenin təşkili və idarəetmə” kafedrası adı ilə fəaliyyət göstərir.

Kafedra bakalavr təhsil səviyyəsi üzrə 050405 “Sənayenin təşkili və idarə olunması”, 050407 “Menecment”, 050408 “Marketinq”, 050409 “Biznesin idarə edilməsi” və 050410 “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasını, magistr təhsil səviyyəsi üzrə isə 060405 “Sənayenin təşkili və idarə edilməsi” (sahələr üzrə) ixtisaslarını əhatə edir.

Kafedra fəaliyyət göstərdiyi dövrdə aşağıdakı vəzifələri yerinə yetirmişdir:

- bütün təhsil formaları üçün tədris planında nəzərdə tutulmuş mühazirələrin, praktiki seminar və digər məşğələlərin yüksək elmi-nəzəri səviyyədə aparılması;

- kurs və buraxılış işlərinə, istehsalat təcrübələrinə rəhbərlik edilməsi;

- tələbələr tərəfindən sərbəst işlərin və yoxlama işlərinin yerinə yetirilməsinə nəzarət edilməsi;

- kollokviumların, məqbulların və imtahanların keçirilməsi;

- tələbələr arasında tərbiyə işinin təşkili;

- kafedrada tədris edilən fənlər üzrə fənn proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması;

- metodiki rəhbərlik və göstərişlər, əyani vəsaitlər hazırlanması, tədris-metodiki ədəbiyyatlara, elmi məqalələrə, namizədlik dissertasiyalarına və avtoreferatlara rəy verilməsi;

- elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi;

- kafedra əməkdaşlarının tədris, elmi-metodik və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;

- respublikanın ali məktəblərinin ayrı-ayrı kafedraları ilə elmi əlaqələrin yaradılması;

- gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi;

- qabaqcıl təcrübənin öyrənilməsi;

- elmi biliklərin təbliğ edilməsi.

Kafedranın təsdiq olunmuş ştatı 21 nəfərdən ibarətdir: 5 nəfər dosent, 1 nəfər i.f.d., baş müəllim, 6 nəfər baş müəllim, 7 nəfər müəllim, 2 nəfər laborant.

Kafedranın əməkdaşlarından 4 nəfəri AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında və respublikanın aparıcı alitəhsil müəssələrində doktorant və dissertant kimi elmi-tədqiqat işlərini davam etdirirlər.

Kafedrada 2016-2020-ci illər üçün “Azərbaycan sənayesinin davamlı inkişaf istiqamətləri” elmi-tədqiqat işinin problemlərinin araşdırılması planlaşdırılmışdır.

2. Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat) 

Kafedraya iqtisad elmləri namizədi, dosent Hüseynova Emiliya Yəhya qızı rəhbərlik edir.

Hüseynova Emiliya Yəhya qızı 1952-ci ildə Mingəçevir şəhərində anadan olub. 1970-1975-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda  təhsil alıb. İxtisasca “Maşınqayırma sənayesinin iqtisadiyyatı və təşkili” üzrə iqtisadçı-mühəndisdir.

1975-1982-ci illərdə Mingəçevir Yol maşınları zavodunda iqtisadçı-normalaşdırıcı, böyük mühəndis, mühəndis-texnoloq vəzifələrində işləyib.

1982-1991-ci illərdə AKP Mingəçevir ŞK-də təlimatçı, partiya uçotu bölməsinin müdiri vəzifələrində çalışıb. 1985-ci ildə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirib.

1991-ci ildən Mingəçevir Politexnik İnstitutunda çalışmağa başlayıb. İlk əvvəl “İctimai fənlər” kafedrasında baş laborant vəzifəsinə təyin olunsa da, az sonra “Mühəndis iqtisadiyyatı və idarəetmə” kafedrasında müəllim-assistent, baş müəllim, kafedra müdirinin müavini vəzifələridə çalışıb.

2000-ci ildə AMEA İqtisadiyyat İnstitutunda 08.00.05 “Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili” (sənaye) və 08.00.13 “İqtisadi-riyazi üsullar” ixtisaslarının qovuşuğunda “Azərbaycan Respublikası iqtisadiyyatının idarə edilən ekoloji modelinin yaradılması” mövzusunda dissertasiya işini müdafiə edib. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona iqtisad elmləri namizədi alimlik dərəcəsi, 2008-ci ildə isə dosent elmi adı verilmişdir.

 2011-ci ildə Mingəçevir Politexnik İnstitutunda “Mühəndis iqtisadiyyatı və idarəetmə” kafedrasının müdiri vəzifəsinə təyin olunub.

 Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli sərancamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universitetin yaradılması ilə əlaqədar yenidən təşkil olunan “Sənayenin təşkili və idarə olunması” kafedrasının müdiri vəzifəsində fəaliyyətini  davam etdirir. E.Y.Hüseynova 57 elmi və metodiki işlərin müəllifidir.

3. İxtisas haqqında

Kafedra öz fəaliyyəti dövründə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali məktəblərin kafedraları haqqında müvəqqəti Əsasnaməsi”ni əldə rəhbər tutaraq, əsasən işini bu Əsasnamənin tələblərinə uyğun qurmuşdur.

“Sənayenin təşkili və idarə olunması” ixtisası geniş profilli iqtisadyönümlü ixtisas olmaqla bakalavrlara milli iqtisadiyyatın bütün səviyyələrində, o cümlədən istehsal və xidmət sahəsində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda, orta-ixtisas təhsil müəssisələrində öz ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq, magistraturada təhsil almaq hüququ verir.  

2016/2017-ci tədris ilindən universitetə yeni tələbə qəbulu ilə əlaqədar “Sənayenin təşkili və idarəermə” kafedranın tabeliyində bakalavr təhsil pilləsi üzrə 3 və magistr təhsil pilləsi üzrə 1 ixtisas fəaliyyət göstərməyə başlamışdır:

050405 Sənayenin təşkili və idarə olunması

050407 Menecment

050408 Marketinq

050409 Biznesin idarə edilməsi

050410 Dövlət və bələdiyyə idarəetməsi

060405 Sənayenin təşkili və idarə edilməsi (sahələr üzrə) (magistratura)

4. Tədris olunan fənlər

1

İşgüzar yazışmalar

2

İnsan resurslarının idarə edilməsi

3

Təbiətdən istifadənin iqtisadiyyatı

4

Təbiətdən istifadənin iqtisadiyyatı  və proqnozlaşdırılması

5

Ekonometrika

6

Keyfiyyətə nəzarət

7

Standartlaşdırma və sertifikasiya

8

Menecment

9

Biznesin əsasları

10

Ətraf mühitin iqtisadiyyatı

11

Loqistika

12

Statistika

13

Mühasibat uçotu

14

Mühasibat uçotu və audit

15

Marketinq

16

İstehsalın təşkili

17

İstehsalın texnoloji əsasları

18

Müəssisənin (firmanın) iqtisadiyyatı

19

Firmanın  iqtisadiyyatı

20

Firmanın (müəssisənin) iqtisadiyyatı

21

Kommersiya işi

22

Kommersiya fəaliyyətinin əsasları

23

Heyətin idarə olunması

24

İqtisadi təhlil

25

Sənayedə investisiya fəaliyyəti və innovasiya siyasəti

26

Strateji menecment

27

Strateji planlaşdırma

28

Biznes-plan

29

Layihələrin idarə edilməsi

30

Məhsulun keyfiyyətinin idarə edilməsi

31

Müəssisənin maliyyə menecmenti

32

Sənaye müəssisələrinin xarici iqtisadi fəaliyyəti

33

Energetikanın iqtisadiyyatı

34

Sənaye sahəsinin iqtisadiyyatı

35

İstehsalın iqtisadiyyatı, marketinqi və menecmenti

36

Nəqliyyatın iqtisadiyyatı və menecment

37

İnformasiya sistemlərinin menecmenti

5. Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)

  1. Qədimli N.A. “Mühasibat uçotu və audit” metodik vəsait.
  2. Алиев Р.Р. Разработка и организации безотходного технологического процесса при производстве обуви (монография). Баку, Элм, 2002.
  3. Алиев Р.Р. Инвестиции и их роль в раз­витии экономики Азербайждана (статья). //Экономика и производство. Труды научно-технической конференции. №01, Москва, 2009.
  4. Алиев Р.Р. Рационализация системы разделения предметов ведения и полномочий между органами государственной власти и органами местного самоуправления (статья). //Проблемы местного само­управления. №53. M, 2013.
  5. Məmmədov F.Ə., Əyyubov V.S., Əliyev R.R. Regional idarəetmə (dərs vəsaiti). Bakı, 2013.
  6. Алиев Р.Р. Улучшения системы между органами государственной власти и органами местного самоуправления (статья). Материалы докладов 47 Международной научно-технической конференции преподавателей и студентов. Витебск, 2014.

6. Kafedra əməkdaşları haqqında məlumat

1

Hüseynova Emiliya Yəhya qızı

dosent, i.f.d., Kafedra müdiri           

2

Hacıyev Akif Novruz oğlu

dosent, p.f.d.

3

Əliyev Rövşən Rizvan oğlu

dosent, tex.f.d.

4

İsgəndərov Fərman Əlisgəndər oğlu

dosent, i.f.d.

5

Qarayev Maarif Şərif oğlu

dosent, i.f.d.

6

Hüseynova Ruhiyyə Adil qızı

baş müəllim

7

Hacıyeva Elmira Zülfüqar qızı 

baş müəllim   

8

Paşayeva Sevda Bəhman qızı 

baş müəllim

9

Səfərova Təranə Allahverdi qızı

baş müəllim

10

Rəsulov Zaur Yusif oğlu  

baş müəllim

11

Xəlilova Xəyalə Qəmbər qızı 

müəllim

12

Namazova Aynur Məhəmməd qızı

müəllim

13

Hacıyev Azər Vahid oğlu 

müəllim

14

Nəsibova Arifə Carı qızı

böyük laborant

15

Kazımova Kəmalə Samir qızı

laborant