Xarİcİ dİllər kafedrası

1. Kafedranın yaranması və fəaliyyət dövrü

Kafedra 2000-ci ildə AMİ Mingəçevir filialında yaradılıb. Yarandığı gündən kafedranın adı və tərkibi dəfələrlə dəyişsə də xarici (ingilis, alman, fransız, rus) dillərin daha yaxşı tədris olunması və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi üçün peşəkar kadrlar, pedaqoqlar cəlb edilib.

Azərbaycan Respublikası Prezidenti 24 iyul 2015-ci il tarixdə Fərman imzalamışdır. Fərmana əsasən Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli müvafiq sərəncamı ilə isə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılıb. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının maddi texniki bazası Mingəçevir Dövlət Universitetinin tərkibinə daxil edilib. Buna uyğun olaraq, yenidən formalaşan Xarici dillər kafedrası 2016-cı ilin sentyabrından universitetin rektorunun müvafiq əmri ilə fəaliyyətini bərpa edib.

Universitet yarandıqdan sonra kafedraya fil.f.d., əməkdar müəllim İsmayılov Mayıl Yolçu oğlu rəhbərlik edib. 2017-ci ildən kafedranın müdiri fil.f.d., dosent Əzizova Zenfira Mirsəfər qızıdır.

Hazırda kafedrada 2 nəfər dosent, 1 nəfər fəlsəfə doktoru, əməkdar müəllim, 2 nəfər fəlsəfə doktoru, baş müəllim, 7 nəfər baş müəllim və 12 nəfər müəllim, 2 laborant və 1 operator çalışır.

Kafedranın əməkdaşlarından 3 nəfəri AMEA-nın müxtəlif institutlarında dissertant kimi elmi-tədqiqat işlərini davam etdirirlər.

Kafedrada 2016-2020-ci illər üçün iki istiqamət üzrə - “Qloballaşma şəraitində xarici dillərin tədrisinə innovativ yeniliklərin tətbiqi” elmi-tədqiqat işinin problemləri araşdırılır.

 

2. Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat)

Əzizova Zenfira Mirsəfər qızı 1958-ci ildə Mingəçevir şəhərində anadan olub. Orta təhsili bitirdikdən sonra, 1976-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxıl olub, 1981-ci ildə ingilis və fransız dilləri müəllimi ixtisasına yiyələnib.

Azad təyinat alıb və həmin ildə Ukrayna SSR-nin paytaxtı Kiyev şəhərində 65 saylı orta məktəbdə fransız dili müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1985-ci ildə hərbiçi ailəsi birlikdə Çexoslovakiya Respublikasına gedib və 1990-ci ilin axırınadək Komarno şəhərindəki 82 saylı orta məktəbdə ingilis dili müəllimi işləyib. 1990-ci ilin sonu 1991-ci ilədək Belorus Respublikasında yaşayıb.

1991-ci ilin axırlarında Azərbaycan Respublikasına qayıtdıqdan sonra pedaqoji fəaliyyətini Füzuli rayonu Cuvarlı adına rus orta məktəbində ingilis dili müəllimi kimi davam etdirib.

1992-ci ildən Mingəçevir Politexnik institutunun “Dillər” kafedrasında ingilis dili müəllimi işləyib.

1993-cü ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertanturasına daxil olub, 1998-ci ildə “Orta ümumtəhsil məktəblərinin IX-XI siniflərində şagirdlərə milli-mənəvi tərbiyənin aşılanmasının səmərəli yolları” (ictimai humanitar fənlərin materialları əsasında) adlı dissertasiya mövzusunu müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.  

Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 29 dekabr 2007-ci il tarixli qərarı ilə Pedaqoqika və Psixologiya kafedrası üzrə dosent elmi adı verilib.

2001-2015-ci illərdə AMİ Mingəçevir filialında “Pedaqogika və ictimai elmlər” kafedrasının müdiri vəzifəsində işləyib.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə AMİ Mingəçevir filialının ləğv olunması və Mingəçevir Politexnik İnstitutunun bazasında yaradılan Mingəçevir Dövlət Universitetinin «İctimai və təbiət fənləri» kafedrasında 2015-2017-ci illərdə dosent vəzifəsində çalışıb.

2017-ci ilin sentyabr ayında Mingəçevir Dövlət Universitetinin “Xarici dillər” kafedrasının müdiri vəzifəsinə təyin edilib.

1999-cu ildə Açıq Cəmiyyət İnstitutunda Britaniya Konsulluğu tərəfindən təşkil edilmiş Gənclik Beynəlxalq Mərkəzində Ali məktəblərdə müəllimlər üçün keçirilən dörd aylıq kursu və həmin ildə İngiltərənin Lidz Universitetində “Test, nəzarət və qiymətləndirmə” üzrə, 2002-ci ildə isə Kanada mütəxəssislərinin təşkil etdikləri “İngilis dili xüsusi məqsəd üçün” resurs mərkəzlərində dərslərin layihələşdirilməsinə dair tam kursu bitirib.

2004-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Müəllimlər İnstitutunda (Bakı şəhəri) təşkil etdiyi “Təhsilin idarə olunması və menecmenti” kursunu bitirərək Təhsilin pedaqoji-psixoloji əsasları üzrə “Öyrədənlərin öyrədəni”statusunu alıb.

2005-ci ildə “Addım-addım” proqramı ilə “İnkluziv təlim metodları” (Xüsusi qayğıya ehtiyacı olanların təhsilə cəlb olunması), “Fəal və İnteraktiv Təlim/Tədris Metodları”, 2006-cı ildə “İnkluziv təlim metodlarının Universitetin təkmilləşdirmə kursunda tədrisi”nə həsr edilmiş seminarlarda (AMİ Bakı şəhəri)  iştirak edib.

2006-cı ildə Beynəlxalq Tədqiqatlar və Mübadiləsi Şurasının (İREX) idarə etdiyi və Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Təhsil Mədəniyyət Şöbəsi tərəfindən maliyyələşdirilən  “Azərbaycanda Müəllim Hazırlığı üzrə Tədris Proqramının (Kurikulumun) İnkişafı” Layihəsində Pilot Ali Məktəb Nümayəndəsi kimi müvəffəqiyyətlə iştirak edib.

2007-ci ildə Azərbaycan Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu və Britaniya Konsulluğunun birgə layihəsi üzrə təşkil edilən iki illik Milli Müəllim Hazırlığı kurslarında (Bakı şəhərində) iştirak edərək ixtisasartırma kursları üçün İngilis dili kurikulumunu tərtib edib.

2014-cü ildə Təhsil texnologiyaları Mərkəzinin Bakı şəhərində təşkil etdiyi “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü-humanist yanaşmanın əsasları” mövzusunda beynəlxalq seminarda iştirak edərək sertifikat alıb.

1 dərslik, 1 monoqrafiya, 1 metodik tövsiyənin, 2 dərs vəsaitinin, 12 metodik vəsaitin, 65 elmi məqalə və tezisin müəllifidir.

Ailəlidir. 2 övladı var.

 

3. İxtisas haqqında 

Kafedrada bakalavr pilləsi üzrə 050103 Xarici dil müəllimliyi (ingilis dili üzrə) və magistr təhsil pilləsi üzrə 060103 Xarici dil müəllimliyi (dillər üzrə) ixtisasları üzrə Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş ixtisaslar (əlavə və dəyişikliklər nəzərə alınmaqla) fəaliyyət göstərir.

 

4. Tədris olunan fənlər

s/s

Bakalavriat üzrə

1

Xarici (ingilis) dil 1, 2

2

Xarici (rus) dil 1, 2

3

Xarici (fransız) dil 1, 2

4

Xarici (alman) dil 1, 2

5

İkinci xarici dil (1, 2)

6

İşgüzar xarici dil

7

Ölkəşünaslıq

8

İxtisas ölkəsinin ədəbiyyatı

9

İntensiv ingilis dili

10

Xarici dilin qrammatikası 1, 2, 3

11

Xarici dildə oxu və nitq (aşağı, orta oxu) – 1, 2, 3, 4, 5, 6

12

Xarici dildə oxu və nitq (yuxarı, yüksək oxu) – 1, 2, 3, 4, 5, 6

13

Mətbuat dili

14

İngilis dilinin Amerikan variantı

15

Xarici dilin fonetikası 1, 2, 3

16

İngilis dilinin tədrisi metodikası 1, 2

17

Texniki xarici (ingilis) dil

18

Akademik yazı və oxu

19

Fünksional yazı üslubu

20

Praktik tərcümə

Magistratura üzrə

1

İngilis dilində hazırlığın müasir problemləri

2

İntensiv ingilis dili

3

İngilis dilində hazırlığın tarixi və metodologiyası

4

İngilis dilində planlaşdırma və qiymətləndirmə metodikası

5

Alınma sözlərin ingilis dilinin zənginləşdirilməsi yolları

6

Tərcümə metodikası

7

Xarici dil

8

Müasir ingilis dilində modellərin geniş istifadə metodikası

9

İngilis dilinin tədrisi tarixi

10

Xarici (alman) dil

11

İngilis dilində ixtisarlar

12

İngilis dilinin tədrisi metodikası

13

Azərbaycan və ingilis dillərinin leksikologiyasının tədrisinin elmi-metodik əsasları

14

Fənlərarası əlaqənin problemləri

 

 

6. Kafedra əməkdaşları haqqında məlumat

1

Əzizova Zenfira Mirsəfər

dosent, р.f.d., Kafedra müdiri

2

Manafov Namaz Rizvan

dosent, fil.f.d.,

3

İsmayılov Mayıl Yolçu

fil.f.d., baş müəllim, əməkdar müəllim

4

Allahverdiyev Elşad İsa

fil.f.d., baş müəllim

5

Məhərrəmova Vəfa Eldar

fil.f.d., baş müəllim

6

Əliyev Kərim Səməd

baş müəllim

7

Qarayev Telman Abbas

baş müəllim

8

Hacıyeva Əsmər Srac

baş müəllim

9

İslamova Nərgiz Məmmədkərim

baş müəllim

10

Hüseynova Lalə Tohid

baş müəllim

11

İsmayılova Mətanət Məmməd

baş müəllim

12

Mikayılova Sevda Xası

baş müəllim

13

Əhmədova Samirə Famil

müəllim, Beynəlxalq əlaqələr sektorunun müdiri

14

Qocayeva Şükufə Kamran

müəllim

15

Tanrıverdiyeva Afayət İsa

müəllim

16

Qəniyeva Rəbiyyə Əli

müəllim

17

Abdullayeva Xəyalə Rəmyəddin

müəllim

18

Qurbanova Gülnarə Qorxmaz

müəllim

19

Yusubova Rozitta Qereyevna

müəllim

20

Quliyeva İradə Uğurlu

müəllim

21

Məmmədova Leyla Zülfüqar

müəllim

22

Qurbanova Dürdanə Səyyaf

müəllim

23

Kərimova Nərgiz Elçin

müəllim

24

Rüstəmova Lalə Mətləb

müəllim

25

Əhmədova Afiqə İftixar

laborant

26

Vəliyeva Ceyran Elşən

laborant

27

Salahbanova Çinarə Ayaz

operator