Energetİka kafedrası

 

1. Kafedranın yaranması və fəaliyyət dövrü

“Elektroenergetika və istilik energetikası” kafedrası 1995-ci ildə “İstilik texnikası və energetikası” adı ilə fəaliyyətə başlamışdır. 2010-cu il tarixdən tədrisin yeni standartlarının tətbiqi ilə əlaqədar olaraq kafedranın adında dəyişiklik aparılaraq “Elektroenergetika və istilik energetikası” adlandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 24.07.2015-ci il tarixli müvafiq sərəncamı ilə Mingəçevir Politexnik İnstitutunun bazasında Mingəçevir Dövlət Universiteti yaradılmışdır. Buna uyğun olaraq, yenidən formalaşan “Elektroenergetika və istilik energetikası” kafedrası 2016-cı ildən universitetin rektorunun müvafiq əmri ilə “Energetika” kafedrası adı ilə fəaliyyət göstərir.

Fəaliyyət göstərdiyi bütün dövrlərdə kafedra Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali məktəblərin kafedraları haqqında əsasnamə”ni rəhbər tutmuş və işini bu əsasnamənin müddəalarına əsasən qurmuşdur. Kafedrada bakalavr təhsil pillə­si üzrə tədris həm əyani, həm də qiyabi formada apa­rılır. Kafedranın əməkdaşları tələbələrlə səmə­rə­li iş qurmağa çalışırlar. Lazımı hallarda kafedrada olan ədəbiyyatlar, eləcə də müəllimlərin şəxsi kitabxana fondunun ədəbiyyatları da tələbələrin sərəncamına verilir.

Fənlərin tələbələr tərəfində daha yaxşı mənimsənilməsində dərs vəsaitlərinin rolu danılmazdır. Kafedranın bütün əməkdaşları tədrisin keyfiyyətinin artırılması, tələbələrin elmi-yaradıcılıq qabiliyyətinin yüksəldilməsi, kitabla işləmə bacarığının formalaşdırılması üçün universitet kitabxanasının imkanlarından istifadə etməyə çalışır. Bundan başqa institutun kitabxanasının dərslik və dərs vəsaitləri ilə təmin olunmasında yaxından iştirak etməyə çalışırlar. Kafedrada tədris olunan ixtisas fən­ləri müasir tələblərə uyğun olaraq təkmilləşdirilir.

1995-2007-ci illərdə kafedrya f.r.f.d., dosent Mustafayev Fazil Mehrəli oğlu rəhbərlik etmişdir. 2007-ci ildən kafedra müdiri tex.f.d., dosent Aşurova Ülkər İzzət qızı təyin olunmuşdur. Ülkər Aşurova universitetin yaradılması ilə əlaqədar yenidən təşkil olunan “Energetika” kafedrasının müdiri vəzifəsində fəaliyyətini davam etdirir.

 

2. Rəhbərlik (kafedra müdiri haqqında qısa məlumat)

Aşurova Ülkər İzzət qızı 1974-cü ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1996-cı ildə Mingəçevir Politexnik İnstitutunun “Energetika və mexanika” fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1996-cı ildən Mingəçevir Politexnik İnstitutunda çalışıb. 1996-1998-ci illər ərzində institutun “Fizika, elektronika və izolyasiya texnikası” kafedrasında laborant, 1998-ci ildən isə “İstilik texnikası və energetikası” kafedrasında müəllim, sonra isə baş müəllim vəzifəsində işləmişdir.

Ü.İ.Aşurova 1998-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının aspiranturasının qiyabi şöbəsinə daxil olmuş, 2005-ci ildə ”Buxarlandırıcı boruların temperatur rejimləri” mövzusunda dissertasiya işini müdafıə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2007-ci ildə Ü.İ.Aşurova müsabiqə yolu ilə “İstilik texnikası və energetikası”  kafedrasının müdiri vəzifəsinə seçilmiş və hazırda “Energetika” kafedrasının müdiri vəzifəsində çalışır. 2009-cu ildə rektorun əmri ilə dosent ştatında işləyir. 

Ü.İ.Aşurova 2015-ci ildən Azərbaycan Texniki Universitetinin elmlər doktoru proqramı üzrə doktorantıdır.

 

3. İxtisas haqqında 

Kafedra yarandığı dövrdən 2007-ci ilədək “İstilik elektrik stansiyaları” ixtisası üzrə tədris aparılırdı. 2007-2008-ci tədris ilindən iki ixtisas üzrə – T030200 “Elektroenergetika şəbəkələri və sistemləri” və T040100 “İstilik elektrik stansiyaları” ixtisasları üzrə tədris aparılmağa başladı. 2009-2010-cu tədris ilindən yeni standartlara uyğun olaraq bu ixtisasların adları dəyişdirilmış və uyğun olaraq 050608 “Elektroenergetika mühəndisliyi” və 050609 “İstilik energetikası mühəndisliyi” adlandırılmışdır.

Kafedrada bakalavr pilləsi ilə yanaşı 2016/2017-ci tədris ilindən magistr təhsil səviyyəsi üzrə 060608 “Elektroenergetika mühəndisliyi” və 060609 “İstilik energetikası mühəndisliyi” ixtisasları üzrə Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş qeyd olunan ixtisas da fəaliyyət göstərir.

 

4. Tədris olunan fənlər

Bakalavr səviyyəsi üzrə:

1

Energetika və enerji resursları

2

Energetika və ətraf mühit

3

İstilik energetikasında su hazırlığı texnologiyası və su təchizatı

4

Su emalı qurğularının texnoloji sxemləri və layihələndirilməsi

5

İstilik elektrik stansiyalarının su rejimi və kimyəvi nəzarət

6

Energetikada idarəetmə, sertifikasiya və innovasiya

7

Avtomatlaşdırmanınn əsasları

8

Avtomatlaşdırma texnikasının əsasları

9

Elektrik şəbəkələrinin və avadanlıqlarının mühafizəsi

10

Alternativ enerji mənbələri

11

Elektrik və istilik enerjisinin istehsal sistemləri

12

Elektrik enerjisinin istehsalı

13

Tənzimləmə texnikası

14

Elektroenergetikada diaqnostika

15

Elektrik sistemlərində keçid prosesləri

16

Elektrik sistemlərinin dayanıqlığı

17

Еlektrik sistemlərinin rejimləri və istismarı

18

Еnergetik qurğuların elektrik avadanlığı

19

Elektrotexniki materiallar

20

Elektrotexnikanın əsasları – 1, 2

21

Ölçmə texnikasının əsasları

22

Еlektrik maşınlarının əsasları

23

Güc elektronikası və inteqalın idarə edilməsi

24

Yüksək gərginlik texnikası

25

Elektrotexnika

26

Elektroenergetikanın əsasları

27

Elektrik enerjisinin ötürülməsi və paylanması

28

Kommutasiya aparatları və qurğuları

29

Sənaye elektrik təchizatı

30

Elektrik veriliş xətlərinin mexaniki hissələri

31

Həyat fəaliyyətinin təhlükəsizliyi

32

Elektrik işıqlandırılmasının əsasları

33

Layihə menecmenti

34

Əmək mühafizəsi

35

Elektrik veriliş xətlərinin mexaniki hissələri

36

İstiləşdirmə və istilik şəbəkələri

37

İstilik elektrik stansiyalarının buxar və qaz turbinləri

38

İstilik elektrik stansiyaları və köməkçi avadanlığı

39

İstilik energetik qurğuların yanacaqları, yanma nəzəriyyəsi və təsərrüfatı

40

Havanın kondisiyalaşdırılması

41

İstilik kütlə mübadilə aparatları və qurğuları

42

İstilik elektrik stansiyalarının qazan qurğuları

43

Enerji daşıyıcılarının istilik fizikası

44

İstilik texnikasının nəzəri əsasları

Magistratura səviyyəsi üzrə:

1

İstilik texnikasının nəzəri əsasları – 1, 2

2

İstilik texnikası

3

Elektroenergetika mühəndisliyinin tarixi və metodologiyası

4

İstilik energetikası mühəndisliyinin tarixi və metodologiyası

5

Elektrik şəbəkələri və sistemləri

6

Kabel və izolyasiya texnikasının yeni növləri

7

Elektroenergetika sistemlərinin etibarlığı

8

Alternativ elektrik enerji mənbələri

9

Elektroenergetika sistemlərində elektromaqnit keçid prosesləri

10

Elektroenergetika sistemlərində elektromexaniki keçid prosesləri

11

Energetik sistemlər

12

Elektroenergetika sistemlərinin rejimləri və istismarı

13

Buxar turbinli və buxar-qaz qurğulu İES-lər və AES-lər

14

İES-in hesablama parametrlərinin və sxeminin texniki-iqtisadi əsaslandırılması

15

Buxar və buxar-qaz turbinli İES-lərin istilik sxemlərinin hesablama metodları

16

Elektroenergetika mühəndisliyinin müasir problemləri

17

İstilik energetikası mühəndisliyinin müasir problemləri

18

Elektroenergetika sistemlərinin optimal inkişaf modeli

19

Uzaq elektrik ötürməsi

20

İstilik elektrik stansiyasının iş və istismar rejimləri

21

İES və AES turbinləri

22

Turbin qurğusunun tsiklinin mükəmməlləşdirilməsi

23

Turbinlərin tənzimlənməsi

24

Enerji resursları və onların qorunması

25

Su emalı qurğularının istismarı

26

Energetikanın ekoloji problemləri

 

5. Çap olunmuş vəsaitlər haqqında (dərslik, dərs vəsaiti)

1. Hüseynov T.Ə. İstilik texnikasının əsaslarından laboratoriya işlərinə rəhbərlik, Bakı, 2004.

2. Hüseynov T.Ə., Eyyubova K.S. Konvektiv istilik mübadiləsi və aqreqat halı dəyişdikdə istilikvermə, Bakı, 2009.

3. Əfəndiyevin M.L. “Yanacaqlar və yanma nəzəriyyəsi” Dərs vəsaiti.

 

6. Kafedra əməkdaşları haqqında məlumat

1

Aşurova Ülkər İzzət qızı

tex.f.d., dosent, Kafedra müdiri

2

Musayev Zəbulla Nüsrəddin oğlu

tex.f.d., dosent

3

Hüseynov Təhmasib Əbil oğlu

tex.f.d., dosent

4

Eyyubova Kəmalə Səməd qızı

tex.f.d., dosent

5

İsmayılov Mahir Balaca oğlu

tex.f.d., dosent

6

Əsgərova Hökumə Ağahüseyn qızı

tex.f.d., baş müəllim

7

Məmmədov Əli Hüseyn oğlu

baş müəllim

8

Nəcəfov Alim Vəzir oğlu

müəllim

9

Süleymanova Liliya Çingiz qızı

müəllim

10

Şıxəliyeva Səadət Yaşar qızı

müəllim

11

Şəfiyeva Aybəniz Baxış qızı

müəllim

12

Ədilov Əbülfət Həsən oğlu

müəllim

13

Bəkirova Sveta Xalid qızı

laborant

14

Qocayeva Gülər Əli qızı

laborant