Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati texniki heyət üzvləri!

Əziz tələbələr, magistrantlar və məzunlar!

Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.

Bizi həmrəyliyə, mərhəmətə və xeyirxahlığa dəvət edən Qurban bayramını ərazi bütövlüyümüzün təmin olunması şəraitində keçirmək qürurvericidir.

Kəsdiyiniz qurbanların və etdiyiniz duaların qəbul olunmasını diləyir, ailələrinizə bol ruzi-bərəkət və firavanlıq arzulayıram.

Qurban bayramınız mübarək olsun!