Rumıniyanın Timisoara Politexnik İnstitutu və Transilvania Universiteti Erasmus + proqramı çərçivəsində tələbə-müəllim mübadiləsinə sənəd qəbulu elan edir

 

Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində Rumıniyanın Timisoara Politexnik İnstitutu (Timisoara Polytechnic İnstitute) və Transilvania Universiteti (University of Transilvania) tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi üçün sənəd qəbuluna başladı.

Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri mübadilə proqramı çərçivəsində Timisoara Politexnik İnstitutunda “Nəqliyyat xidmətləri” və “Ətraf mühitin təhlükəsizliyi texnologiyası” (qeydiyyat linki: www.upt.ro/international), Transilvania Universitetində isə “Sosial Elmlər”, “Biznes İdarəçiliyi” və “İnformasiya Texnologiyaları” ixtisasları (qeydiyyat linki: www.unitbv.ro/en/erasmus-students/incoming-students.html) üzrə təhsil ala bilərlər.

Qeyd etmək lazımdır ki, MDU Erasmus+ proqramı çərçivəsində Rumıniyanın Timisoara Politexnik İnstitutu və Transilvania Universiteti ilə müəllim-tələbə mübadiləsinin həyata keçirilməsinə dair ikili saziş imzalayıb. Saziş 2021/2022-ci tədris ili üçün ali təhsilin bütün səviyyələri üzrə (bakalavr, magistratura və doktorantura) tələbə mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur. Universitetdə tədris ingilis dilində aparılacaq. Mübadilə ilə bağlı bütün xərclər Erasmus+ təqaüdü hesabına ödəniləcək. Aşağıdakı tələblərə cavab verən tələbələr bir semestr ərzində Timisoara Politexnik İnstitutunda və Transilvania Universitetində təhsil ala bilərlər:

  • I, II, III kurs tələbələri və magistrantlar;
  • Minimum orta qiyməti 75 bal olan tələbələr və 80 bal olan magistrantlar;
  • İngilis dilini B1 səviyyəsində bilən tələbələr və magistrantlar.

Ətraflı məlumat üçün aşağıdakı elektron poçt ünvanlarına yaza və Beynəlxalq əməkdaşlıq şöbəsinə müraciət edə bilərsiniz.

         Son müraciət tarixi 20.06.2021

         Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

         Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.