Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlıq edəcək

 

Mingəçevir Dövlət Universiteti (MDU) Ukraynanın qabaqcıl universitetlərindən olan Kiyev Milli iqtisadiyyat Universiteti (KNEU) ilə qarşlıqlı əməkdaşlıq edəcək. KNEU-nun zəngin təcrübəsindən və yüksək potensialından faydalanmaqla, MDU-da ilk növbədə İqtisadiyyat və idarəetmə fakültəsinin təkmilləşdirilməsi nəzərdə tutulur.

KNEU və MDU arasındakı əməkdaşlıq çərçivəsində universitet əməkdaşları arasında qarşılıqlı olaraq, müxtəlif mövzularda müharizələr oxunacaq.

İlk mühazirə 2021-ci ilin 2 mart tarixində saat 13:00-da KNEU-nun müəllimi Elena Proxorova tərəfindən “Kiyev Milli İqtisadiyyat Universitetində pandemiya dövründə onlayn və ənənəvi təhsil” mövzusunda “ZOOM” platforması üzərindən onlayn olaraq keçiriləcək.

Mühazirədə iştirak etmək istəyənlər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına müraciət göndərə bilər.

Növbəti mühazirənin MDU-nun akademik heyəti tərəfindən Kiyev Milli İqtisadiyyat Universitetinin tələbə-magistrantları və professor-müəllim heyəti üçün təşkil edilməsi planlaşdırılıb.