İslam İnkişaf Bankı və “Campsu France” Agentliyi təqaüd proqramı elan edir

 

İİB-Fransa (İslam İnkişaf Bankı və “Campus France” Agentliyi) təqaüdlərinin alınması üçün müraciətlər açıq elan olunur.

Avropa və Xarici İşlər Nazirliyi və İslam İnkişaf Bankı, Campus France-ın idarəçiliyi ilə 42 müxtəlif ölkənin Fransada ali təhsil almaq istəyən tələbələri üçün il ərzində 200 yerlik mükəmməl akademik nəticələr əsasında təqaüd proqramı irəli sürür.

İİB-Fransa təqaüd proqramının əsas məqsədi, İİB-nın üzv ölkələrinin (Azərbaycan üzvdür) akademik səviyyələri mükəmməl olan yerli tələbələrininin Fransada ali təhsillərini davam etdirmələrini təmin etməkdir. Bu elan 2021-2022-ci tədris ilində fransız ali təhsil müəssisəsində bakalavrın sonuncu, yəni, III kursuna və ya magistraturaya qeydiyyatdan keçmiş tələbələrə ünvanlanır. 2020-ci ildə bu proqramdan yararlanaraq 57 tələbə Fransaya yola düşmüşdür.

-  Bakalavr dərəcəsi üçün təklif olunan təhsil sahələri:

Həyat və tibb elmləri, Ekologiya elmləri, Təhsil, Mühəndislik, Kənd təsərrüfatı, İnformatika və informasiya texnologiyaları, Fundamental elmlər, iqtisadiyyat, maliyyə və bank, Sosial elmlər.

-Magistratura dərəcəsi üçün təklif olunan təhsil sahələri:

Kənd təsərrüfatının davamlı inkişafı, Təhsil, Davamlı inkişafda təhsil, İqlim dəyişkənliyi, Enerji, Davamlı inkişafda olan şəhərlər, İqtisadi, sosial və ekoloji məsuliyyətli artım, Tullantıların idarə olunması, Demoqrafik artım, Ekoloji/yaşıl kimya, Biomüxtəliflik, Plastika və mikroplastikalara görə çirklənmə, Su və gigiyena, Sağlamlıq, İnkişaf üçün İKT, İnfrastrukturların innovasiya və inkişafı, İqtisadiyyat, maliyyə və islam bankı, İnkişafla bağlı sosial elmlər.

İİB-Fransa təqaüdünün üzərinədüşən öhdəliklər:

-   Fransa dövlət təqaüdçüsü statusu : viza rüsumunun ödənişsiz olması, Tədqiqat və İnnovasiyalar üzrə Ali Təhsil Nazirliyinin idarəçiliyi altında olan müəssisələrdə qeydiyyat ödənişlərindən azad olunma, yaşayış yeri tapmaqda yardım, tibbi sığorta, mədəni məşğuliyyət və s.

-   Ekonom klass təyyarəbileti

-   700€ aylıq təqaüd (www.isdb.org saytından təqaüd şərtlərinə baxmaq - bəzi hallarda təqaüd qazanan tərəfindən bu təqaüd ödənişinin qaytarılacağı halı olduğu üçün diqqətlə yoxlayın)

Müraciət qaydaları :

-   Şəkilli CV (1 səhifə)

-   Təqaüd qazanmaq üçün motivasiyanızı izah edən niyyət məktubu (1 səhifə)

-   Tələbənin Fransada müraciət etdiyi ixtisasların tam siyahısı

-   Fransız dilində təhsil üçün beynəlxalq fransız dili sertifikatı (DELF və ya TCF B2, minimu B1) və/və ya ingilis dilində təhsil üçün ingilis dili sertifikatı (IELTS, TOEFL, B2)

Müraciət dosyesi 31 mart 2021-ci il tarixindən əvvəl ünvanına Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.göndərilməlidir.