Mingəçevir Dövlət Universiteti (MDU) yeni loqonun hazırlanması üzrə müsabiqə elan edir!

 

Müsabiqənin qalibi mükafatlandırılacaq.

Loqo eskizlərinin qəbulu üçün son tarix: 19 iyun 2020-ci il

Hazırlanan loqo eskizləri Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanına "Loqo Müsabiqə" başlığı ilə göndərilməlidir.

    Müsabiqə şərtləri:

-    Müsabiqədə MDU-nun əməkdaşları, tələbələri, magistrantları və məzunları iştirak edə bilərlər;

-    Loqo dizaynı özündə Mingəçevir Dövlət Universitetinin fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir;

-    Təqdim olunan loqotiplər *jpeg, *png, *eps, *ai və ya *cdr formatında olmalıdır;

-    Hər iştirakçı maksimum 2 variantda eskiz təqdim edə bilər;

-    Təqdim olunan eskizlərin qısa izahedici mətni olmalıdır;

-    Təqdim olunan eskizlər yeni olmalıdır;

-    Loqo orijinal, müasir, rəngli və konseptual görünüşlü olmalıdır;

-    Loqo əvvəllər yayımlanmamış olmalı, digər loqolara və ya onların komponentlərinə uyğun gəlməməlidir;

-    Mingəçevir Dövlət Universiteti qalib gəlmiş loqonu istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.